20:55 26-06-2021
news_image

Beynəlxalq turnirdə birinci oldu – Olimpiya çempionumuz

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu turnirinin qalibi olub. 

Apasport.az saytının məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan dünya, olimpiya və Avropa çempionumuz finalda türkiyəli Mustafa Səssizlə qarşılaşıb.

 Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız turnirin qızıl medalına layiq görülüb.