13:07 30-06-2021
news_image

Vaxtı açıqlandı – Bakıdakı “Böyük dəbilqə”nin

Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarış noyabrın 5-7-də baş tutacaq.

Ənənəvi olaraq hər ilin mayında ölkəmizə toplaşan cüdoçular bu dəfə payızda bir araya gələcək. 

Koronavirus pandemiyası səbəbindən ötən il yarış baş tutmayıb. Bu il keçirilməsi planlaşdırılan turnirin təşkili isə yalnız noyabrda mümkün olub.