13:49 03-07-2021
news_image

Rəqibləri bəlli oldu - boksçularımızın

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. 30 ölkənin qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub.

Yığmamızın 3 boksçusu birinciliyin ilk günündə rinqə çıxacaq.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə aparacağı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

3 iyul
1/16 final

Mahir Süleymanov (52 kq) – Dusan Bobek (Slovakiya)

1/8 final
Liliya Platova (54 kq) – Svetlana Linik (Ukrayna)
Ayna Rüstəmova (66 kq) – Samata Reyber (Almaniya)

4 iyul
1/16 final

Nadir Məlikov (57 kq) – Davide Pasçazio (İtaliya)
Fuad Babayev (60 kq) – Asen Asenov (Bolqarıstan)

5 iyul
1/8 final

Tofiq Quliyev (46 kq) – Qor Ayvazyan (Gürcüstan)
Kənan Babayev (48 kq) – Yari Bonaçina (İtaliya)
Ənəs Ağayev (50 kq) – Ektor Duminik (Ukrayna)
Məhəmmədəli Qasımzadə (54 kq) – Arseni Oniyenko (Ukrayna)

6 iyul
1/8 final

Fərhad Şeydayev (63 kq) – Martin Rusnak (Çexiya)
Ziya Həsənov (66 kq) – Valentin Volokov (Moldova)
Lətif Həsənov (70 kq) – Maksim Naumov (Ukrayna)
Eldar Əsədli (+80 kq) – Bəyazit Atilir (Türkiyə)

7 iyul
1/4 final

Emili Rzayeva (63 kq) – Karolina Kun (Polşa)