23:23 04-07-2021
news_image

Daha 2 medal - Avropa kubokunda

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirin son günü Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar.

Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliya yarışı 3-cü yerdə başa vurublar.

Beləliklə, milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb. Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.