AVRO-2020-nin ən yaxşı bombardiri adına Kriştiano Ronaldo layiq görülüb.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı turnirdə 5 qol vurub.
O, eyni sayda qola imza atan Patrik Şiki əlavə göstəricilərdə qabaqlayıb. UEFA-nın qaydalarına əsasən bir neçə futbolçu eyni sayda qol vurubsa, daha çox assist edən bombardir adına layiq görülür. Ronaldo 1 dəfə məhsuldar ötürmə veribsə, Şik bu baxımdan fərqlənməyib.
Qeyd edək ki, Ronaldo 1/8, Şik 1/4 finalda turnirlə vidalaşıb.

14:29