İtaliya millisi Avropa çempionatları tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, üç il öncə DÇ-2018-in final mərhələsində oynamayan apenninlilər qitə səhnəsində hamıdan güclü olub.
Roberto Mançininin yetirmələri tarixdə 5-ci komandadır ki, mundialın final mərhələsinə yüksələ bilmədikdən sonrakı Avropa çempionatında qalib adına yiyələnib. Bunadək 4 müxtəlif yığmanın hərəsinin bir uğuru var.
Çexoslovakiya 1976, Niderland 1988, Danimarka 1992, Yunanıstan 2004-cü ildə belə zəfərə imza atıb.