15:55 13-07-2021
news_image

Azərbaycan yığması dünyada 44-cü pillədə – cüdoçuların hesabına

Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində dünya ölkələrinin reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə dünya miqyaslı yarışlarda qazanılan nəticələr əksini tapıb.

Azərbaycan dünyada 44-cü sırada qərarlaşıb. Ölkəmizin aktivində 38 xal var.

Bunun hamısı cüdo yığmasının hesabına qazanılıb. İdmançılarımız dünya çempionatındakı nəticə ilə 38 xal əldə edib.

Azərbaycan Avropa ölkələri arasında 29-cu sıradadır.

Ümumilikdə isə 2021-ci ilin reytinq cədvəlində yalnız 65 ölkə yer alıb. Siyahıya ABŞ (1098), Norveç (997) və Fransa (787) başçılıq edir.

Qeyd edək ki, 2020-ci ildə cədvəldən kənar qalan Azərbaycan 2019-cu ili 47-ci sırada başa vurub.