15:13 18-07-2021
news_image
774
AVRO-2020

AVRO-2020-nin ən çox qurtarış edən qapıçıları – turnirin ən yaxşısı siyahıda yoxdur

AVRO-2020-də ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə turnir ərzində 15 və daha çox qola mane olan qolkiperlər göstərilib.

Maraqlıdır ki, qitə birinciliyinin ən yaxşı futbolçusu seçilən çempion İtaliya millisinin qapıçısı Canluici Donnarumma heç “altılığ”a düşməyib. İlk pillədə komandası 1/4 finalda mübarizəni dayandıran Yann Sommer qərarlaşıb. İsveçrə millisinin qolkiperi keçirdiyi 5 oyunda ümumilikdə 21 qurtarışla yadda qalıb.

1. Yann Sommer (İsveçrə) – 21 qurtarış
Keçirdiyi oyun sayı: 5
Qurtarış sayı: 21
Buraxdığı qol sayı: 9

2. Uğurcan Çakır (Türkiyə) – 18
Keçirdiyi oyun sayı: 3
Qurtarış sayı: 18
Buraxdığı qol sayı: 8

3. Denni Uord (Uels) – 18
Keçirdiyi oyun sayı: 4
Qurtarış sayı: 18
Buraxdığı qol sayı: 6

4. Kasper Şmeyxel (Danimarka) – 18
Keçirdiyi oyun sayı: 6
Qurtarış sayı: 18
Buraxdığı qol sayı: 7

5. Cordan Pikford (İngiltərə) - 16
Keçirdiyi oyun sayı: 7
Qurtarış sayı: 16
Buraxdığı qol sayı: 2

6. Georgi Buşan (Ukrayna) - 15
Keçirdiyi oyun sayı: 5
Qurtarış sayı: 15
Buraxdığı qol sayı: 10