22:39 17-07-2021
news_image

Cüdoçularımızdan ilk gündə 3 medal - Avropa kubokunda

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Apasport.az saytının məlumatına görə,
beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub.

Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.