00:41 19-07-2021
news_image

Avropa kubokunda gümüş medal qazandı - cüdoçumuz

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanın gənclərdən ibarət milli komandası daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, qızların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva gümüş mükafata sahib olub.

Beləliklə, milli komandamız Praqa turnirini 3 gümüş və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə kubokunun ilk günü Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş, Nərmin Əmirli isə bürünc medal qazanıb.

Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışıb.