10:01 21-07-2021
news_image
542
TOP OYUNLARI

Püşk Yunanıstan klubunu rəqib etdi – Bakı təmsilçisinə

Həndbol üzrə avrokubokların 2021/22 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, qitə səhnəsindəki yeganə Azərbaycan təmsilçisinin də rəqibi bəlli olub.

Avropa kubokunda çıxış edəcək qadınlardan ibarət “Azəryol” 2-ci raunddan mübarizəyə başlayacaq. Bakı klubu Yunanıstan təmsilçisi “AEP Panorama” ilə görüşəcək.

“Azəryol” ilk oyunu oktyabrın 16-17-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonraya planlaşdırılıb.