11:10 21-07-2021
news_image
331
FUTBOL

Libertadores kubokunda dava- VİDEO

Libertadores kubokunun “Atletiko Mineyro” (Braziliya) – “Boka Xuniors” (Argentina) qarşılaşması qalmaqalla başa çatıb.

Apasport.az saytının məlumatına görə, final fitindən sonra argentinalılar öncə hakimlə mübahisəyə girib, ardınca mühafizəçilər və braziliyalıların nümayəndələri onlara qoşulub.

Mübahisə dava-dalaşa çevrilib. Aranı sakitləşdirmək üçün hərbi polisə ehtiyac yaranıb. Onlar da yalnız gözyaşardıcı qazla tərəfləri ayıra bilib.

“Atletiko Mineyro”nun prezidenti də rəqibə su qabları atıb. “Boka Xuniors”un 8 üzvü polis bölməsinə aparılıb. Digər oyunçular isə komanda yoldaşları olmadan Braziliyanı tərk etməkdən imtina edib.

Qeyd edək ki, Braziliya klubu penaltilərlə mərhələ adlayıb.