10:21 22-07-2021
news_image
298
TOKİO-2020

Cüdoçularımızın ilk rəqibləri bilindi – Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvlərinin də rəqibləri bəlli olub.

Kişilər
60 kq

Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)
66 kq
Orxan Səfərov – Yerlan Serikjanov (Qazaxıstan)
73 kq
Rüstəm Orucov – Musa Moquşkov (Rusiya)    
81 kq
Murad Fətiyev – Frederik Harris (Syerra-Leone)
90 kq
Məmmədəli Mehdiyev – Rafael Maçado (Braziliya)/İslam Bozbayev (Qazaxıstan)
100 kq
Zelim Kotsoyev – Alexandre İddir (Fransa)
+100 kq
Uşangi Kokauri – Matsey Sarnaçki (Polşa)

Qadınlar
48 kq

Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)
+78 kq
İrina Kindzerska – Izayana Marenko (Nikaraqua)/Larisa Çeriç (Bosniya və Herseqovina)

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.