12:38 27-07-2021
news_image
946
TOKİO-2020

Olimpiadada medalsız 5 gün – ilk deyil

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının 5-ci gününü də medalsız başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamızın Olimpiadanın startında medalsız qalması heç də ilk belə hal deyil.

İdmançılarımız indiyədək qatıldığı altı Oyunların yalnız ikisində medal hesabını daha tez açıb. Komandamız 2004-cü və 2016-cı illərdə ilk uğuruna yarışın 4-cü günündə imza atıb.

Ən böyük həsrət isə Atlanta-1996-da yaşanıb. Həmin vaxt ilk mükafatı 14-cü gündə qazanmışıq.

il

açılış

ilk medal

gün

1996

19 iyul

1 avqust

14-cü

2000

15 sentyabr

21 sentyabr

7-ci

2004

13 avqust

18 avqust

6-cı

2008

8 avqust

11 avqust

4-cü

2012

27 iyul

5 avqust

10-cu*

2016

5 avqust

8 avqust

4-cü

2020

23 iyul

 

 

* - dopinqdən istifadə edən ağır atlet Valentin Xristovun daha öncə qazandığı medal nəzərə alınmayıb.