22:51 28-07-2021
news_image
1104
FUTBOL

Çempionlar Liqası ilə vidalaşdı – “Neftçi”

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) - 0:1
Qol: 
Giorqos Masuras, 15
Baş hakim: Rikardo de Burqos (İspaniya)
"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 26. Ömər Buludov, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
“Olimpiakos”: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 25. Svetozar Markoviç, 18. Pyer Kunde, 9. Ahmed Hasan Koka, 19. Giorqos Masuras, 66. Pape Abu Sisse, 24. Ousseynu Ba, 27. Kenni Lala, 28. Matye Valbuena, 90. Vasilis Sourlis
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 44. İlias Karagiris, 11. Yussef Al-Arabi, 12. Alqasim Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 97. Lazar Ranceloviç, 53. Nikitas Nikolis, 55. Kristos Lyatsos
Baş məşqçi: Pedro Martins
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:1