22:50 03-08-2021
news_image
696
FUTBOL

Kapitan xilas etdi - “Neftçi”ni

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.

Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.

“Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan “Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.

Fasilədən sonra “Neftçi” oyunu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıb. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçib. “Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə bərabərlik gətirib – 2:2.

Qeyd edək ki, “Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.

Avropa Liqası, Çempionlar yolu
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
21:00. “Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) - 2:2
Qollar: 
Sabir Buqrin, 59, Emin Mahmudov, 80 - Roope Riski, 61, Jair, 65
Baş hakim: Villiam Kollum (Şotlandiya)
"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip Valençiç
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 7. Luis Enrike, 9. Riku Riski, 29. Entoni Olusanya
Baş məşqçi: Toni Koskela
Bakı. “Bakcell Arena”