16:00 03-08-2021
news_image
143
FUTBOL

“Mançester Siti” ilə anlaşdı – Qriliş

“Aston Villa”nın yarımmüdafiəçisi Cek Qriliş komandasını dəyişmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu “Mançester Siti”nin təklifini qəbul edib.

İngiltərə millisinin üzvü Çempionlar Liqasında mübarizə aparmaq istədiyindən yetirməsi olduğu klubdan ayrılmaq fikrini rəhbərliyə bildirib. O, hətta “şəhərlilər”lə şəxsi müqaviləni də razılaşdırıb. Premyer Liqa çempionu yeni mövsümün startına qədər 100 milyon funt-sterlinq qarşılığında bu keçidi reallaşdıracağına əmindir.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın I turunda avqustun 15-də “Tottenhem”lə qarşılaşacaq.