16:58 03-08-2021
news_image
203
FUTBOL

100 milyonluq təklifi qəbul etmədi – “İnter”

“Çelsi” sabiq futbolçusu Romelu Lukakunu qaytarmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi bununla bağlı ulduz futbolçunun klubu “İnter”lə təmasa keçib.

Premyer Liqa klubu Belçika millisinin üzvü üçün 100 milyon avro və müdafiəçi Markos Alonsonu təklif edib. Lakin A seriyası çempionu Lukakunu 130 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib. 28 yaşlı forvard özü də “neradzurra”da qalmaq istəyir.

Qeyd edək ki, 2019-cu ildən “İnter”in formasını geyinən Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.