16:38 03-08-2021
news_image
687
FUTBOL

"Qarabağ"da növbəti transfer - ispaniyalı təqdim olundu

"Qarabağ" növbəti transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yutub kanalı vasitəsilə yeni oyunçusunu təqdim edib.

Konfrans Liqasında ölkəmizi təmsil edən klub Qaspar Panadero Zamora ilə münasibətləri rəsmiləşdirdiyini bəyan edib. İspaniyalı vinger yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ" bir neçə dəqiqə əvvəl sabiq futbolçusu Riçard Almeydanı qaytardını bəyan edib.