21:20 03-08-2021
news_image
168
FUTBOL

Qapıçısını itirdi – “Neftçi”

“Neftçi” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, qapıçı Aqil Məmmədov Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə ev matçında erkən əvəzləmə ilə meydanı tərk edib.

Qarşılaşmanın 17-ci dəqiqəsində zədələnən qolkiper mübarizəni davam etdirə bilməyib. Bu səbəbdən baş məşqçi Samir Abasov onu Kamran İbrahimovla əvəzləyib.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən və hazırda ilk hissəsi gedən görüşdə hesab açılmayıb.