14:19 21-08-2021
news_image

Ən güclü cüdoçular bəlli oldu - Naxçıvanda

Naxçıvan Muxtar Respublikasında yeniyetmə cüdoçular arasında açıq birincilik keçirilib.

Apasport.az saytının məlumatına görə, 11-13 yaşlı idmançılar arasında təşkil olunan yarışda Naxçıvan, Şərur, Culfadan 100-ə yaxın oğlan və qız cüdoçu medallar uğrunda yarışıb. 

Açıq birincilik pandemiyanın tələblərinə uyğun olaraq tamaşaçısız keçirilib. Müxtəlif çəki dərəcələrində Yusif Əhmədli, Əliİslam Səfərli, Qurban Məmmədli, Vaqif Cabbarov, Zəkəriyyə Həsənzadə, Məhəmməd Mədətli, Atilla Rəhimli, Əli Hüseynov, Sənubər Qurbanova, Aylin Məmmədli və Səkinə Bağırlı yarışın qalibi olub.

Qaliblərə diplomlar və medallar təqdim edilib.