15:23 06-09-2021
news_image
172
TOKİO-2020

Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif etdi - Prezident

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir kİ, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu.