11:21 10-09-2021
news_image
728
FUTBOL

Transfer qiyməti açıqlandı - Namik Ələskərovun

Türkiyənin “Bursaspor” klubunun yay fasiləsində heyətinə cəlb etdiyi futbolçuların transferi qiyməti açıqlanıb.

Apasport.az-ın Bursa klubuna yaxınlığı ilə bilinən bursaspordabugun.com saytına istinadən məlumatına görə, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun da dəyəri müəyyənləşib.

TFF I Liqa təmsilçisinin yayda reallaşdırdığı 17 transferdən biri olan Ələskərovun transfer qiyməti 750 min avroya bərabər göstərilib. Bununla “Neftçi”dən alınan 26 yaşlı oyunçu “timsah”ın transferləri arasında ən bahalı 6-cı oyunçudur.

Qeyd edək ki, Namik Ələskərov “Neftçi”dən 50 min avroya transfer edilib.