15:36 10-09-2021
news_image
755
FUTBOL

Baxışla futbolçu seçir - "Neftçi"

“Neftçi” iki futbolçunu baxışa çağırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı paytaxt klubu rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, iki seneqallı futbolçu hazırda komandanın düşərgəsində baxışdadır. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman məşqlərdə iştirak edirlər.

Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq.