14:33 11-09-2021
news_image
1575
FUTBOL

Eddi İsrafilova Azərbaycan klubundan təklif – YALNIZ BİZDƏ

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını ölkəmizdə davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Neftçi” 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Yay fasiləsində “Albasete”dən ayrılan orta sahə oyunçusu hələ də özünə klub tapa bilməyib. İspaniya Sequndasından konkret təklif gözləyən Eddi üçün “Neftçi” alternativ variantdır. Onun hazırda azad agent statusu daşıması bakılıları ümidləndirir.

İsrafilovun ölkəmizə köçməsində AFFA da maraqlıdır. Belə olarsa, futbolçu yenidən milliyə dəvət alacaq.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin noyabrından bəri koronavirus pandemiyası səbəbindən yığmaya çağırılmır.