10:13 13-09-2021
news_image
1128
FUTBOL

“Mahir Emreli Polşada çox qalmayacaq” – yerli KİV

Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, yerli KİV bir neçə oyunçunu fərqləndirib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

“Qarabağ”dan “Legiya”ya keçən və komandanın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan 24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) də Polşa çempionatının bəzəyi sayılır.

Polşalılar hesab edir ki, adıçəkilən oyunçulardan bəziləri bu ölkədə çox qalmayacaq. Xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.