13:22 13-09-2021
news_image

İdmançı 10 illik diskvalifikasiya olundu – Olimpiadadakı davranışına görə

Əlcəzairli cüdoçu Fethi Nurinenin cəzası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı israilli rəqibi önünə çıxmadığı üçün Beynəlxalq Cüdo Federasiyası tərəfindən sanksiyaya məruz qalıb.

Qurumun İntizam Komissiyası Nurinenin və məşqçisi Amar Benilefin nizamnaməni pozduğunu təsdiqləyib. Bu üzdən hər iki şəxs qarşıdakı 10 il ərzində Beynəlxalq Cüdo Federasiyasının təşkil etdiyi bütün yarışlardan diskvalifikasiya olunub.

Nurine Benilefin İdman Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var.