10:22 14-09-2021
news_image
169
FUTBOL

“Qara 11-lik”də - “Sabah”

Azərbaycan Premyer Liqasının ilk üç turu iki aşkar autsayderi üzə çıxarıb.

Apasport.az saytının məlumatına görə, “Sabah”la “Keşlə” keçirdikləri bütün oyunlarda uduzub.

Avrokuboklar xəyalında olan klublar mövsümə hazır olmadıqlarını elə startda göstərib. “Keşlə”nin yeganə təsəllisi heç olmasa qol vurmasıdır.

“Sabah” isə təkcə xala deyil, qola da həsrətdir. Gələnə-gedənə uduzan Ramin Quliyevin yetirmələri qapının harada olduğunu da unudub. Rəqib qapılarına yol tapa bilməyən “Sabah” nadir təsadüf olunan göstəriciyə imza atıb.

Söhbət mövsümün ilk üç matçında qola və xala həsrət qalanlardan gedir. Azərbaycan çempionatlarının 29 illik tarixində yalnız 10 belə hadisə yaşanmışdı. 

Bu uğursuzlardan ikisinin hesabında bir texniki məğlubiyyət də var. Bu isə o deməkdir ki, əslində 8 dəfə bir komanda startda ardıcıl üç quru hesablı məğlubiyyət alıb.

“Sabah” “qara siyahı”ya düşən 11-ci komanda olub. Paytaxt təmsilçisi sonrakı illərdə çempionluq yaşayan “Şəmkir”in, ölkənin ən titulluları sırasında yer alan “Qarabağ”la “Kəpəz”in, “Qəbələ” ilə AZAL-ın da tarixində belə uğursuz start olmasına baxıb təsəlli tapa bilər. Lakin “Sabah”ın sabah da eyni aqibətlə üzləşməyəcəyinə heç kim təminat verə bilməz.

Bakılılar IV turda “Zirə” ilə görüşəcək. Ötən tur digər autsayder “Keşlə”ni məğlub edən Rəşad Sadıqovun yetirmələri sonuncu yerin sahibi ilə matçda da favoritdir. Bu da o anlama gəlir ki, “Sabah”ın sabaha ümid verməyən seriyasının qırılmaq ehtimalı çox da yüksək deyil. 

Xala və qola həsrət qalanlar:

Çıraqqala

1992

3

0

0

3

0-3

0

Şirvan K

1992

3

0

0

3

0-9*

0

Şəmkir

1995/96

3

0

0

3

0-11

0

Neftqaz

1998/99

3

0

0

3

0-7

0

Kəpəz

2003/04

3

0

0

3

0-4*

0

Qarabağ

2007/08

3

0

0

3

0-4

0

MOİK

2008/09

3

0

0

3

0-5

0

Rəvan

2013/14

3

0

0

3

0-9

0

AZAL

2015/16

3

0

0

3

0-5

0

Qəbələ

2019/20

3

0

0

3

0-9

0

Sabah

2021/22

3

0

0

3

0-5

0

* - texniki məğlubiyyət top fərqinə salınmayıb.