11:53 14-09-2021
news_image
478
FUTBOL

“Qarabağ”ı daha yaxşı tanıyırıq” – “Omoniya”nın baş məşqçisi

“İnkişafımız üçün yaxşı qrupa düşmüşük. Əlimizdən gələni edəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.

Qrupu dəyərləndirən norveçli çalışdırıcı “Qarabağ” barədə də fakir bildirib: “Bazel” bu yaxınlarda Çempionlar Liqası və Avropa Liqasında oynadı, çox yaxşı komandadır. “Qarabağ” Avropa Liqasında müntəzəm çıxış edib, son vaxtlar Kipr komandaları ilə qarşılaşmaları olub. “Qarabağ”ı daha yaxşı tanıyırıq. “Kayrat” barədə isə çox məlumatımız yoxdur. Yaxşı komandadır ki, Qazaxıstan çempionu olub. Dünyanın hər yerindən oyunçular alırlar. Rəqiblər reytinqdə bizdən üstündürlər, ancaq onlarla rəqabət aparmaq mümkündür. Qrupda məğlub edəcəyimizə inanmadığımız komanda yoxdur. Ümumilikdə “Bazel” yüksək səviyyədədir. “Qarabağ”la da gücümüz daha yaxındır”.

Qeyd edək ki, “Omoniya” qrupda ilk oyununu sentyabrın 16-da səfərdə “Kayrat”a qarşı keçirəcək.