22:09 14-09-2021
news_image
87
FUTBOL

“Bütün turnirlərdə qalib olmaq üçün bura gəlmişəm” - Veynaldum

“Bu kluba keçidimin əsas səbəblərindən biri iddialı layihədə iştirakımdır”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin futbolçusu Jorjinyo Veynaldum deyib.

Niderlandlı yarımmüdafiəçi Paris təmsilçisinə keçidinin səbəblərini açıqlayıb: “Buradakı dahi futbolçuların varlığını nəzərə alan insanlar yalnız Çempionlar Liqasından danışır. Amma təkcə bu turnirdəki qələbə üçün burada deyilik. Mən bütün turnirlərdə qalib olmaq üçün bura gəlmişəm. Aydındır ki. Çempionlar Liqası ağır turnirdir və PSJ hələ onu qazanmayıb. Elə bir komandada olmaq istəyirəm ki, Qvardiolanın “Barselona”sı kimi hər yerdə qalib olsun”.

Qeyd edək ki, Veynaldum PSJ-yə yay fasiləsində “Liverpul”dan keçib.