23:32 14-09-2021
news_image
83
FUTBOL

Lemarı satır – “Atletiko”

İspaniyanın “Atletiko” klubu Toma Lemarı satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi fransalı yarımmüdafiəçinin gələn ilə nəzərdə tutulan transferindən pul əldə etmək istəyir.

Buna səbəb Antuan Qrizmanndır. “Atletiko”nun “Barselona”dan icarəyə götürdüyü hücumçunu almaq öhdəliyi var. Onun transferi üçün ödəniləcək məbləğin əldə olunması üçün Lemara müştəri axtarılır.

Qeyd edək ki, Lemar ötən mövsüm 36 oyunda 2 qol vurub.