16:39 14-09-2021
news_image
159
FUTBOL

Federasiya prezidentliyinə namizəd olacaq – sabiq “Bakı”lı

Azərbaycanın “Bakı” klubunun formasını geyinmiş Allan Vanqa özünə yeni hədəf müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu Keniya Futbol Federasiyasının prezidenti olmaq arzusundadır.

14 illik karyerasını tamamlayan Vanqa 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. O, ölkə futbolunu daha yüksək səviyyəyə çatdıracağına inandığını söyləyib.

Qeyd edək ki, 2009/10 mövsümündə “Bakı”nın heyətində Premyer Liqada 6 oyun keçirən Allan Vanqa paytaxt təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.