00:51 15-09-2021
news_image
99
FUTBOL

“Real” Mbappe və Halandı birlikdə ala bilər” - prezident

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın transfer fəaliyyətinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri “kral klubu”nun yayda az oyunçu almasını doğru addım hesab edib.

Onun fikrincə, madridlilər mövsümün sonunda superulduzlar transfer edəcək gücdədir: “Real” oyunçu satışlarından 200 milyon avroyayadək irəli düşdü. Onların Kilian Mbappe və Erlinq Halandı birlikdə transfer etməyə yetəcək qədər pulu var”.

Qeyd edək ki, “Real” bu yay Mbappenin transferi üçün PSJ-yə 180 milyon avro təklif etsə də, keçid baş tutmayıb.