17:23 14-09-2021
news_image
267
FUTBOL

Ən çox klubla təmsil olunan ölkələr – Çempionlar Liqası tarixində

Bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, 8 qrupda 32 komanda mübarizə aparacaq.

Bu günə qədər isə ÇL-də 34 fərqli ölkənin təmsilçisi iştirak edib. Onlar arasında Azərbaycan da var. Çünki “Qarabağ” 2017/18 mövsümündə ən nüfuzlu klub turnirinin qrupunda oynayıb. Çempionlar Liqası tarixində 145 müxtəlif klub yer alıb.

Bu yazıda isə indiyə qədər turnirə ən çox klub göndərən ölkələrə göz gəzdirəcəyik.

1-2. İspaniya - 13 klub
“Barselona”, “Real”, “Atletiko”, “Valensiya”, “Sevilya”, “Deportivo”, “Vilyarreal”, “Real Sosyedad”, “Atletik”, “Selta”, “Malyorka”, “Betis”, “Malaqa”

Almaniya - 13
“Bavariya”, “Borussiya” Dortmund, “Bayer”, “Şalke”, “Verder”, “Leypsiq”, “Borussiya” Mönhenqladbax, “Ştutqart”, “Volfsburq”, “Hamburq”, “Herta”, “Kayzerslautern”, “Hoffenhaym”

3. Fransa - 11
“Lion”, PSJ, “Marsel”, “Monako”, “Lill”, “Bordo”, “Oser”, “Lans”, “Nant”, “Renn”, “Monpelye”

4-5. İtaliya - 10
“Yuventus”, “Milan”, “İnter”, “Roma”, “Latsio”, “Napoli”, “Atalanta”, “Fiorentina”, “Udineze”, “Parma”

İngiltərə - 10
“Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem”, “Nyukasl”, “Lids”, “Bləkbörn”, “Lester”

6-7. Niderland - 7
“Ayaks”, PSV, “Feyenoord”, “Tvente”, “Herenveen”, “Villem II”, “Alkmaar”

Rusiya - 7
MOİK, “Spartak” Moskova, “Zenit”, “Lokomotiv”, “Rubin”, “Rostov”, “Krasnodar”

8-9. Belçika - 6
“Anderlext”, “Brügge”, “Genk”, “Lyers”, “Standard”, “Gent”

Türkiyə - 6
“Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”, “Trabzonspor”, “Bursaspor”, “Başakşəhər”