17:48 14-09-2021
news_image
248
FUTBOL

Topa ilk zərbəni qazilər vurdu - I divizionun açılış oyununda

Azərbaycan I Divizionunda “Kəpəz”lə “Qəbələ-2” arasındakı keçirilən mövsümün açılış oyununda nümunəvi jestlə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, matçda topa ilk zərbəni qazilər vurub.

Bunlar Vətən Müharibəsi iştirakçıları – “Kəpəz”in sabiq futbolçusu Talib Bayramov və sadiq azarkeşləri Sərxan Yolçuyevlə Tural Xanəliyev olub. Onlar tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə hesab açılmayıb.