12:37 17-09-2021
news_image
174
DİGƏR NÖVLƏR

Şüarı açıqlandı - Olimpiya Oyunlarının

2022-ci ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının devizi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu yarışların təşkilatçıları açıqlayıb.

Çinin paytaxtı Pekində təşkil olunacaq Oyunlar “Birlikdə ümumi gələcək naminə” şüarı altında keçiriləcək. Bu, insanların çətinlikləri adlamaq səylərini əks etdirir.

Qeyd edək ki, Olimpiya Oyunları 2022-ci il fevralın 4-20-də keçiriləcək.