13:16 17-09-2021
news_image
231
DİGƏR NÖVLƏR

Azərbaycan Qran-Prisinin ilkin tarixi – “Formula-1”də

“Formula-1”də  2022-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, gələn il 23 yarışın keçirilməsi planlaşdırılır.

Azərbaycan Qran-Prisinin də ilkin tarixi bəlli olub. Yarış iyunun 12-də və ya 19-da baş tutacaq.

Həmin iki tarixdə Kanada və Azərbaycan yarışa ev sahibliyi edəcək. Bu ölkələrdən hansının iyunun 12-də, hansının 19-da pilotları qonaq edəcəyi hələ dəqiqləşməyib. Bunadək isə 7 mərhələ keçiriləcək.