13:34 17-09-2021
news_image
129
FUTBOL

3 oyunluq cəza – “Keşlə”nin futbolçusuna

“Keşlə”nin futbolçusu Anatole Abanqın cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Komitə bugünkü iclasında Premyer Liqanın III turunun “Keşlə” – “Zirə” oyununda baş verənləri müzakirə edib. 28-ci dəqiqədə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Abanq 3 oyun cəzalanıb.

O, “Keşlə”ni 2400 manat cəriməyə məruz qoyub.