14:00 17-09-2021
news_image
172
FUTBOL

Forma problemi - “Neftçi” və “Sabah”da

AFFA İntizam Komitəsi bu həftə start götürən I divizionun ilk turu barədə qərarlar verib.

Apasport.az saytının məlumatına görə, əsas cəzalar “Səbail-2” – “Zirə-2” və “Neftçi-2” – “Sabah-2” matçı ilə bağlı olub.

“Səbail-2” – “Zirə-2” görüşü gec başlandığı üçün meydan sahibi 160 manat cərimələnib. Oyun günü planına riayət edilmədiyi üçün “Səbail” klubu daha 80 manatlıq cəriməyə məruz qalıb. Eyni zamanda oyun öncəsi nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün ev sahibləri daha 80 manat ziyana düşüb.

“Zirə” ilə bağlı problemlər də diqqətçəkəndir. Klub nümayəndəsi oyunöncəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Zirəlilər qarşılaşmanın ikinci hissəsində də meydançaya gec çıxıb. Bu da qəsəbə təmsilçisinə 320 manata başa gəlib.

“Neftçi” ilə “Sabah”ın əvəzedicilərinin görüşü ilə bağlı diqqətçəkən məqam isə hər iki  komandanın qapıçısının formasında qüsur olmasıdır. Bu da onları 80 manatlız ziyana salıb.