17:13 17-09-2021
news_image
138
FUTBOL

“Milan” “Yuventus”dan güclüdür” – “qoca sinyora”nın keçmiş futbolçusu

“Yuventus”un sabiq futbolçusu Klaudio Markizio komandanın hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi Turin təmsilçisinin çətin perioddan keçdiyini bildirib.

Onun fikrincə, hətta “Milan” da hazırda “qoca sinyora”dan güclüdür: “Milan” indi “Yuventus”dan güclüdür. Son bir neçə il ərzində Maldini, Massara və Pioli bacarıqlı bir komanda qurmaq üçün əla iş gördülər. “Yuventus”da dəyişikliklər baş verir, amma eyni səviyyədə olduqlarını sübut etməlidirlər. Bu kluba nirlik, inam və səbir lazımdır”.

Qeyd edək ki, A seriyasında 3 turdan sonra “Milan” 9 xalla 1-ci, “Yuventus” isə 1 xalla 16-cı pillədə qərarlaşır.