03:01 18-09-2021
news_image
120
FUTBOL

İranlı hücumçu ilə gücləndi - “Sumqayıt”

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə güclənib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq “Aluminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Yeni transferi "Sumqayıt"da “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm 21 oyunda meydanda olub və 3 qola imza atıb.