10:07 18-09-2021
news_image
146
FUTBOL

Namik Ələskərovla xüsusi görüş keçirdi – “Bursaspor”un baş məşqçisi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun “Bursaspor”un heyətində son matçdakı performansı klubda sevinclə qarşılanıb.

Apasport.az saytının məlumatına görə, hücumçu “Samsunspor”la görüşdə sonradan meydana daxil olaraq, 2 assistə imza atıb və komandasının qələbəsinə (4:1) töhfə verib.

TFF I Liqasının VI turunda “Tuzlaspor”la keçiriləcək oyunöncəsi baş məşqçi Fatih Tekke həmyerlimizlə xüsusi görüş keçirib. Həmin görüşdə Namikdən razı qaldığını bildirən çalışdırıcı ona “hazır ol” tapşırığı verib. “Samsunspor”la oyunun “11-liy”ində çox dəyişiklik planlaşdırmayan Tekke yığmamızın üzvünü start heyətində meydana buraxmağı düşünür.

Qeyd edək ki, sabah keçiriləcək “Tuzlaspor” – “Bursaspor” oyunu Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.