10:34 18-09-2021
news_image
100
FUTBOL

39 ilin antirekordu – La Liqa klubundan

“Selta” İspaniya La Liqasında son 39 ildə özünün ən zəif startına imza atıb.

Apasport.az saytının məlumatına görə, Viqo təmsilçisi V turda “Kadis”ə 1:2 hesabı ilə uduzub.

Komanda arxada qalan 5 oyunda cəmi 1 xal toplayıb. “Selta” sonuncu belə uğursuz starta 1982/83 mövsümündə imza atıb.

39 il əvvəl viqolular belə startdan sonra mövsümü Primeranı tərk etməklə başa vurub. Hazırda komanda turnir cədvəlində 18-ci sırada qərarlaşıb.