14:48 18-09-2021
news_image
100
FUTBOL

Karyerasını bitirmək istəmir - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək niyyətində deyil.

Apasport.az saytının məlumatına görə, bunu ulduz futbolçunun meneceri Mino Rayola deyib.

Agentin sözlərinə görə, 40 yaşlı isveçli forvard “Milan”da qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gətirəcək: “Görək Zlatan iyunda nə etmək istəyir. Həmişə ildən-ilə qərar verir, tələsmir. Şübhəsiz ki, komandada əsas oyunçu olmadığını hiss etmədikcə ilə müqavilə bitəndə yenisi üçün klub direktoru ilə görüşəcək”.

Qeyd edək ki, İbrahimoviçin “rossonyerlər”lə sözləşmə müddəti gələn ilin yayına qədərdir.