11:12 18-09-2021
news_image
135
FUTBOL

21 xalı silinə bilər – İngiltərə klubunun

İngiltərə klubu “Derbi Kaunti” ciddi sanksiya ilə üzləşə bilər.

Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisinin 21 xalının silinməsi nəzərdən keçirilir.

Buna iki müxtəlif səbəb yol açır. Maliyyə feyr-pleyini pozduğuna görə 9 xal, kənar nəzarətin tətbiqinə görə isə klubun aktivindən 12 xalın silinməsi müzakirə olunur. İngiltərə Futbol Liqası klubun qaydalara əməl etmədiyini təsdiqləsə, həmçinin iki illik transfer qadağası da tətbiq edəcək.

Qeyd edək ki, Ueyn Runinin baş məşqçisi olduğu “Derbi Kaunti” Çempionşipdə ilk 7 turda 7 xal toplayıb.