15:14 18-09-2021
news_image
148
FUTBOL

Fernandeşə yeni təklif – “Mançester Yunayted”dən

İngiltərənin “Mançester Yunayted” klubu Bruno Fernandeşlə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlara start verib.

Onunla yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bruno 2020-ci ilin yanvarında Mançester klubuna keçib. O, cari mövsümün 5 oyununda 4 qol vurub.