13:52 18-09-2021
news_image
139
FUTBOL

İngiltərə millisindən imtina edir – 20 yaşlı futbolçu

“Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi yığmasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu İngiltərə millisindən imtina etməyi düşünür.

Gənc oyunçunun İngiltərə ilə yanaşı, Qana vətəndaşlığı da var. FİFA qaydalarına görə, dünya və Avropa çempionatının final mərhələsində oynamayan futbolçu yığmasını dəyişə bilər. Üstəlik, Hadson-Odoi millidə hər üç oyununu 21 yaşı tamam olmamış keçirib.

İngiltərənin bütün yaş qruplarında oynayan Kallum Qana millisini seçmək fikrindədir.