16:46 18-09-2021
news_image
125
FUTBOL

Premyer Liqada 3 variant – “Borussiya”nın oyunçusu üçün

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingem İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı futbolçu Premyer Liqanın 3 klubunun maraq dairəsindədir.

İngiltərə millisinin üzvünü vətənində “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” heyətinə cəlb etmək niyyətindədir. Adıçəkilən klublar mövsümün sonunda onunla müqavilə imzalamaq üçün indidən hərəkətə gəlib.

Qeyd edək ki, “Borussiya” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Bellingem cari mövsüm 6 oyunda 1 qol vurub, 3 assist edib. O, Bundesliqa təmsilçisinə ötən il “Birmingem”dən keçib.