17:16 19-09-2021
news_image
159
FUTBOL

Yeni baş məşqçisi rəsmiləşdi – Türkiyə millisinin

Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası yeni çalışdırıcının adını açıqlayıb.

Qurum bir müddət əvvəl ilkin razılığa gəldiyi almaniyalı Stefan Kuntzla münasibətləri rəsmiləşdirib. 59 yaşlı mütəxəssisin təqdimat mərasimi sabah keçiriləcək. Riva Hasan Doğan Milli Komandalar Təlim Mərkəzində təşkil olunacaq tədbirdə Kuntz rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəşlə yollarını ayırıb.