20:55 20-09-2021
news_image
544
FUTBOL

“Qarabağ” liderə şərik oldu – Ozobiçin dublu ilə

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə bir oyun keçirilib.

Günün yeganə qarşılaşması “Azersun Arena”da təşkil olunub. Cari mövsümdə məğlub olmayan “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib.

Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı bu matçda da davam etdirməyi bacarıb. Filip Ozobiçin hər hissədə vurduğu bir qol “Qarabağ”a 3 xal qazandırıb.

Bu qələbə sayəsində ağdamlılar xallarının sayını 10-a yüksəldib və lider “Qəbələ”yə şərik olub. “Sumqayıt” isə ardıcıl ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, turun əvvəlki günlərində “Qəbələ” – “Səbail” (5:0), “Zirə” – “Sabah” (1:1) və “Neftçi” – “Keşlə” (2:0) oyunları keçirilib.

Azərbaycan Premyer Liqası
IV tur
20 sentyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Filip Ozobiç, 42 (pen.), 90+5
Baş hakim: Kamal Umudlu
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 6. Patrik Andrade, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“Azersun Arena”

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

4

3

1

0

8-2

10

3

Neftçi

4

2

1

1

8-5

7

4

Səbail

4

2

0

2

2-8

6

5

Sumqayıt

4

2

0

2

4-3

6

6

Zirə

4

1

2

1

5-4

5

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

4

0

0

4

1-9

0

Bombardirlər: Davit Volkov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 3 qol